Bakı rayonlarının istehsal etdiyi sənaye məhsulları üzrə reytinqi - CƏDVƏL

Bakı rayonlarının istehsal etdiyi sənaye məhsulları üzrə reytinqi - CƏDVƏL
  • Clock-gray 12:45
  • calendar-gray 04 Noyabr 2020

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində yerləşən sənaye müəssisələrinin göndərdikləri məhsulun ümumi dəyəri 22,4 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 25,5% azdır.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, sənaye buraxılışının dəyəri üzrə Bakının Səbail rayonu lider olub. Hesabat dövründə sözügedən rayonun müəssisələri 14,34 mlrd. manatlıq sənaye məhsulu istehsal edib ki, bu da illik müqayisədə 33,8% azdır.

Rayonlar arasında ən az sənaye məhsulu Suraxanı rayonunda istehsal edilib. Sözügedən rayonda yerləşən müəssisələr yanvar-sentyabrda 215,37 mln. manat dəyərində məhsul istehsal edib ki, bu da illik müqayisədə 30,4% azdır.

2020-ci ilin yanvar-sentyabr aylarında Bakıda yerləşən rayonların sənaye müəssisələrinin göndərdikləri məhsulun dəyəri üzrə reytinqi:

#

Rayon

İstehsal, mln. AZN

İllik dinamika, %

1

Səbail

14 340,33

-33,8

2

Nərimanov

2 737,59

-2,8

3

Xətai

1 136,10

-10,8

4

Qaradağ

774,64

-21,3

5

Nəsimi

613,03

18,4

6

Nizami

493,75

1,8

7

Pirallahı

421,26

2,7

8

Binəqədi

414,81

11,2

9

Yasamal

354,76

-0,2

10

Sabunçu

278,77

-32,1

11

Xəzər

270,94

37,9

12

Suraxanı

215,37

-30,4

Mirsəid İbrahimzadə

Digər xəbərlər