Bakı üzrə sənaye istehsalının həcmi açıqlanıb

Bakı üzrə sənaye istehsalının həcmi açıqlanıb
# 19 dekabr 2019 16:35 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Bakı üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 36 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5% azdır.

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 80,5%-i mədənçıxarma, 17,5%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, ötən dövr sənayedə özəl sektorun payı 83,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3% təşkil edib.

"İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2019-cu il vəziyyətinə 212,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,6 mln. manat məbləğində digər məhsullar da mövcud olub", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR