Bakıda sənaye istehsalı 0,8% artıb

Bakıda sənaye istehsalı 0,8% artıb
  • Clock-gray 17:33
  • calendar-gray 05 May 2020

Bu ilin yanvar-mart aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artaraq 8,8 mlrd. manat təşkil edib.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 77,6% mədənçıxarma, 19,7% emal, 2,1% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 79,8% olmub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,8% təşkil edib.  

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2020-ci il vəziyyətinə 300,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,6 mln.  manat məbləğində digər məhsullar da mövcud olub, məlumatda qeyd edilir.

Emil İsmayılov

Digər xəbərlər