Bakıda sənaye istehsalı azalıb

Bakıda sənaye istehsalı azalıb
# 06 avqust 2020 09:54 (UTC +04:00)

2020-ci ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8% azalaraq 14,8 mlrd. manat təşkil edib.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 74,8% mədənçıxarma, 22,3% emal, 2,2% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,4% xidmətlərin göstərilməsi isə 14,9% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2020-ci il vəziyyətinə 282,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 78,3 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR