Bakıda tikinti materiallarının istehsalı 5% artıb - CƏDVƏL

Bakıda tikinti materiallarının istehsalı 5% artıb - CƏDVƏL
# 04 noyabr 2020 11:11 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakıda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 5% artaraq 371,9 mln. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin doqquz ayına nisbətən sementin istehsalı 3,2%, hörmə üçün hazır beton qarışığının istehsalı 23%, asfaltın istehsalı 34,6%, tikinti gipsinin istehsalı isə 6,4 dəfə artıb.

Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:

Məhsul növləri

2020-ci ilin yanvar- sentyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Sement, min ton

2 213,0

103,2

Tikinti gipsi, ton

12 589,0

6,4 dəfə

Tikinti əhəngi, ton

14 843,6

45,0

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton

40,0

57,6

Betondan yığma tikinti konstruksiyaları, min kubmetr

12,4

85,5

Asfalt, min ton

28,7

134,6

Hörmə üçün hazır beton qarışığı, min ton

978,2

123,0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR