Bakının sənaye istehsalı yanvar-sentyabrda 4,6% azalıb

Bakının sənaye istehsalı yanvar-sentyabrda 4,6% azalıb
# 03 noyabr 2020 15:47 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% azalaraq 22,2 mlrd. manat təşkil edib.

"APA-Economics"in Bakı şəhəri Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, sənaye məhsulunun 73,3%-i mədənçıxarma, 23,8%-i emal, 2,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 79,1% təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,6%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,4%-ə bərabər olub. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2020-ci il vəziyyətinə 239,8 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Qeyd edək ki, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,1 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR