Barkindo: "Neft bazarları "OPEC+" razılaşmasına müsbət reaksiya verir"

Barkindo: "Neft bazarları "OPEC+" razılaşmasına müsbət reaksiya verir"
# 21 may 2020 11:42 (UTC +04:00)

Neft bazarları imzalanmış tarixi "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasına müsbət reaksiya verib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo deyib.

"Neft bazarları tarixi razılaşmaya, eləcə də onun iştirakçı ölkələr tərəfindən etibarlı şəkildə riayət etməsinə müsbət reaksiya verib", - deyə M. Barkindo qeyd edib.

Ümumiyyətlə, M. Barkindonun sözlərinə görə, tədarük və tələb arasında balansın bərpası müşahidə olunur.

Xatırladaq ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR