Belarus AES-in ilk bloku gələn ilin əvvəlində istismara veriləcək

Belarus AES-in ilk bloku gələn ilin əvvəlində istismara veriləcək
# 25 iyul 2020 14:37 (UTC +04:00)

Belarus AES-in (BelAES) ilk blokunun tam istismara verilməsi 2021-ci ilin I rübündə planlaşdırılır.

"APA-Economics"in "BelTA"ya istinadən verdiyi məlumata görə, bunu Belarusun Energetika naziri Viktor Karankeviç “SB. Belarus bu gün” qəzetinə verdiyi müsahibədə deyib.

"Bütün texnoloji sistemlər üzrə ilk enerji blokunun fiziki işə salınması üçün lazımi istismar işləri tamamlanmaq üzrədir. 2021-ci ilin I rübündə AES-in istismara verilməsi planlaşdırılır", - deyə nazir bildirib.

Eyni zamanda, BelAES-in ölkənin enerji sisteminə inteqrasiyası üzərində işlər davam etdirilir. Bu, ümumi gücü 800 MVt olan yüksək manevr edilən zirvə ehtiyat mənbələrinin inşası və böyük elektrik stansiyalarında və qazanxanalarda ümumi gücü 916 MVt olan elektrik qazanlarının tikintisini əhatə edir. Stansiyadan ölkənin istənilən bölgəsinə elektrik enerjisi verilməsini təmin edəcək 1,7 min km uzunluğunda yüksək gərginlikli elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması layihələri artıq həyata keçirilib.

Nazir AES-in istifadəyə verilməsi Belarusa ildə 4,5 mlrd. kubmetr həcmdə təbii qazın əvəz edəcəyinə də toxunub: "Nəzərə alsaq ki, ölkə hər il təxminən 20 mlrd. kubmetr qaz idxal edir, qənaət olduqca böyükdür".

AES-in istismara verilməsi istixana qazı tullantılarını ildə 7 mln. tondan çox azaltmağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR