Belarusda Azərbaycan neftinin emalına başlanılıb

 Belarusda Azərbaycan neftinin emalına başlanılıb
# 17 mart 2020 12:39 (UTC +04:00)

SOCAR tərəfindən bu ayın əvvəlində Belarusun "Belneftekhim" konserni üçün göndərilən ilk Azərbaycan nefti partiyasının (Ceyhan limanından göndərilən – red.) artıq Mozır Neft Emalı Zavodunda (NEZ) emalına başlanılıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Belneftekhim"in mətbuat katibi Aleksandr Tişenko bildirib.

Onun sözlərinə görə, neft NEZ-ə Odessa-Brodı boru kəməri ilə Odessa limanından çatdırılıb.

Qeyd edək ki, xarici mətbuatın məlumatına görə, mart ayında SOCAR Belarusa üç partiya neft çatdıracaq. Bunlardan ikisi məhz Azərbaycan neftinin payına düşəcək. Bir neft partiyası isə "SOCAR Trading" şirkəti (SOCAR-ın ticari törəməsi) tərəfindən üçüncü istehsalçının nefti hesabına təmin ediləcək.

Xatırladaq ki, SOCAR martın 5-də Ceyhan limanından 90 min ton həcmində birinci neft partiyasını Belarusa göndərib. Azərbaycan neftinin ikinci partiyası (85 min barel) martın 20-də "Belneftekhim" üçün Supsa limanından yola salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR