Boris Consonun ticarət elçisi: “CQD-nin enerji təhlükəsizliyindəki rolu qürurvericidir”

Boris Consonun ticarət elçisi: “CQD-nin enerji təhlükəsizliyindəki rolu qürurvericidir”
  • Clock-gray 18:11
  • calendar-gray 11 Fevral 2021

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Nikolson Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında iştirak edib.

APA-nın xəbərinə görə, bu barədə B. Nikolson “Twitter”də bildirib.

“Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış etməkdən məmnunam. Britaniyanın Cənub Qaz Dəhlizinə töhfəsi, layihənin enerjinin şaxələndirilməsi və təhlükəsizliyindəki rolu qürurvericidir. Strateji enerji əməkdaşımız olan Azərbaycanı bu uğur münasibətilə təbrik edirəm!”, - deyə ticarət elçisi qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər