Böyük Britaniyada avtomobil istehsalı avqustda 45%-dək azalıb

Böyük Britaniyada avtomobil istehsalı avqustda 45%-dək azalıb
# 25 sentyabr 2020 11:55 (UTC +04:00)

Bu ilin avqust ayında Böyük Britaniyada avtomobil istehsalı illik ifadədə 44,6% azalaraq 51 min vahid təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (Society of Motor Manufacturers and Traders – SMMT) məlumatında deyilir.

Hesabat ayında daxili bazar üçün minik avtomobillərinin istehsalı 58,3% azalaraq 7,8 min vahid, ixraca göndərilən avtomobillər isə 41,1% azalaraq 43,2 min vahid olub.

Yanvar-avqustda ölkədə avtomobil istehsalının həcmi illik ifadədə 40,2% azalaraq 518,1 min vahid təşkil edib. Hesabat dövründə daxili bazar üçün 93,6 min avtomobil istehsal edilib ki, bu da ötən ilk səkkiz ayı ilə müqayisədə 46% azdır, ixrac üçün isə 424,5 min avtomobil (-38,8%) istehsal olunub.

"Koronavirus böhranı xaricdəki zəif tələbat fonunda böyük daxili itkilərlə birlikdə istehsalın artırılması üçün səyləri əngəlləyir", - deyə SMMT-nin rəhbəri Mayk Houz (Mike Hawes) bildirib.

İyun ayında SMMT bu ilin sonunadək Böyük Britaniyada avtomobil istehsalının 1 milyona çatmayacağını proqnozlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR