"Brent" markalı neftin qiyməti 52 dolları keçib

"Brent" markalı neftin qiyməti 52 dolları keçib
  • Clock-gray 10:08
  • calendar-gray 19 Dekabr 2020

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,59% artaraq 1 barelə görə 52,32 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,45% artaraq 49,06 dollar təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər