Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın ilk iclası keçirilib

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın ilk iclası keçirilib
  • Clock-gray 13:13
  • calendar-gray 12 Dekabr 2019

Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Komissiyanın sədri, Energetika naziri Pərviz Şahbazov dövlət başçısı tərəfindən verilmiş tapşırıqların, Sərəncamdan irəli gələn vəzifələrin qısa müddətdə icra edilməsinin əsas hədəf olduğunu deyib. Nazir bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Energetika Nazirliyi tərəfindən son bir ildə görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu sahənin inkişafı üçün özəl sektorun cəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq təcrübə öyrənilib, 9 beynəlxalq şirkətlə əməkdaşlıq sənədləri imzalanıb. Ölkədə bərpa olunan enerji sahəsi üzrə mövcud şərait qiymətləndirilib, investorların maraqları nəzərə alınmaqla qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir. Beynəlxalq şirkətlərin verdikləri təkliflər dəyərləndirilib.

İclasda gündəlikdə duran məsələlər və görüləcək işlər müzakirə edilib. Tədbirlər üzrə 5 işçi qrupu yaradılıb. Eyni zamanda, investorlarla beynəlxalq təcrübə nəzərə alınmaqla yerli qanunvericilik şərtlərinə uyğun müqavilələrin hazırlanması ilə bağlı hüquqi, institusional məsələlər üzrə də  işçi qrupunun yaradılması təklif edilib.

Tədbirlərin Sərəncamda nəzərdə tutulan müddətlərdə icrası məqsədilə müvafiq təkliflərin vaxtında təqdim edilməsi işçi qruplarına tövsiyə edilib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date