Bu il "Ümid" yatağından 770 mln. kubmetrdən çox qaz hasil edilib

Bu il "Ümid" yatağından 770 mln. kubmetrdən çox qaz hasil edilib
  • Clock-gray 14:41
  • calendar-gray 25 Dekabr 2019

Bu ilin yanvar-noyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağından 777 mln. kubmetr qaz hasil edilib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, 11 ay ərzində yataqdan 127 min tona yaxın kondensat çıxarılıb: "Hazırda "Ümid" yatağında 3 quyu fəaliyyət göstərir".

Öncə Azərbaycan neft-qaz sektorunda fəaliyyət göstərən mənbə bildirmişdir ki, bu il sözügedən yataqdan 900-950 mln. kubmetr həcmində təbii qaz hasilatı planlaşdırılır.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

Qeyd edək ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd. " şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb.

Emil İsmayılov

Digər xəbərlər