Bu il Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub

Bu il Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub
# 27 mart 2021 11:01 (UTC +04:00)

2021-ci ilin yanvar-fevral aylarında Gürcüstanın neft bitumu idxalı illik 2.5 min ton və ya 32.5% azalaraq 5.2 min ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, cari ilin ilk iki ayı ərzində Gürcüstan Azərbaycandan ümumilikdə 4.4 min ton neft bitumu idxal edib. Bu, ümumi idxalın 84.6%-ni təşkil edib. Gürcüstanın neft bitumu idxal etdiyi digər ölkə isə İraq olub. Hesabat dövründə İraqdan 0.8 min ton məhsul idxal edilib ki, bu da ümumi idxalın 15.4%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR