Bu ilin yanvar-fevral aylarında Bakı üzrə sənaye sahəsində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,4 mlrd. manat təşkil edib.
Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 81,1%-i mədənçıxarma, 16,3%-i emal, 2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 80,7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,1% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında 1 mart 2020-ci il tarixinə 238,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 65,2 mln. manat məbləğində digər məhsullar da mövcud olub.