Ceyhan terminalından bu il 112 mln. bareldən çox neft nəql olunub

Ceyhan terminalından bu il 112 mln. bareldən çox neft nəql olunub
# 01 iyul 2020 09:43 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 112,88 mln. barel neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və Orta Asiya nefti dünya bazarlarına çıxarılır.

Məlumata əsasən, bu ilin ilk beş ayında terminalda 146 tanker yüklənilərək, yola salınıb.

Qeyd edək ki, Ceyhan neft terminalından bu günədək 3,47 mlrd. bareldən artıq neft yola salınıb və 4 527 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR