Ceyhan terminalından bu il 208 mln. barelə yaxın neft yola salınıb

Ceyhan terminalından bu il 208 mln. barelə yaxın neft yola salınıb
# 28 dekabr 2020 11:13 (UTC +04:00)

Bu il (dekabrın 28-ə olan məlumata görə) Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 207,7 mln. barel neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin nefti nəql edilir.

Məlumata əsasən, bu il terminalda 274 tanker yüklənilərək yola salınıb. Ümumiyyətlə, Ceyhan neft terminalından bu günədək 3,57 mlrd. bareldən yaxın neft yola salınıb və 4 655 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR