Ceyhan terminalından neftin nəqli ötən il 10% azalıb

Ceyhan terminalından neftin nəqli ötən il 10% azalıb
# 06 yanvar 2021 12:49 (UTC +04:00)

Ötən il Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 210 767 244 barel neft 278 tankerə yüklənilərək yola salınıb.

Bu barədə "APA-Economics" Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ildə terminaldan 233 175 907 barel neft yola salınıb. Beləliklə, 2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il terminaldan 9,6% az neft yola salınıb.

Qeyd edək ki, Ceyhan neft terminalından ümumilikdə 2020-ci ilin sonunadək 3 571 015 467 barel neft 4 659 tankerə yüklənilərək yola salınıb.

Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin nefti nəql edilir.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR