Cəmil Məlikov: "Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanda sənayenin inkişafına töhfə verəcək"

Cəmil Məlikov: "Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanda sənayenin inkişafına töhfə verəcək"
  • Clock-gray 12:34
  • calendar-gray 28 Noyabr 2019

"Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanda sənayenin inkişafına töhfə verəcək".

"APA-Economics"in məlumatına görə, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə Bakıda keçirilən beynəlxalq seminar zamanı Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq bərpa olunan enerji kiçikmiqyaslı elektrik stansiyaları üçün avadanlıqlar istehsal olunur: "Demək olar ki, respublikada bərpa olunan enerji sahəsində hər bir növ (külək, günəş – red.) stansiya üçün tələb olunan avadanlıqlar istehsal olunur".

C. Məlikov əlavə edib ki, bu stansiyaların əsas maya dəyərini təşkil edən tikinti-quraşdırma işləri və sair ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir, ÜDM-in dəyərinin artmasına, yeni iş yerlərinin açılmasına gətirib çıxarır.

"Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycan iqtisadiyyatında yeni zəncirvari sistemin daxilində yeni gəlir mənbələrinin əmələ gəlməsinə təsir göstərəcək", - deyə C. Məlikov qeyd edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date