Cənubi Koreya dünyanın ən böyük külək elektrik stansiyasını tikəcək

Cənubi Koreya dünyanın ən böyük külək elektrik stansiyasını tikəcək
# 05 fevral 2021 16:45 (UTC +04:00)

Cənubi Koreya ofşor zonasında 43,2 mlrd. ABŞ dolları dəyərində olan dünyanın ən böyük külək elektrik stansiyasının (KES) inşası barədə planlarını ictimaiyyətə açıqlayıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, KES-in 2030-cu il üçün inşa ediləcəyi planlaşdırılır. Bununla da, ölkənin COVID-19 pandemiyasından ekoloji təmiz bərpası təmin olunacaq. Sözügedən KES Koreya Respublikasının Prezidenti Mun Çje İnin yeni ekoloji planının bir hissəsidir. Plana həmçinin karbon qazının emissiyasının 2050-ci ilədək 0%-ə endirilməsi də daxildir.

Qeyd edək ki, "Korea Electric Power Corp", "SK E&S, Hanwha Engineering & Construction Corp", "Doosan Heavy Industries & Construction Co." və "CS Wind Corp and Samkang M&T Co." şirkətləri layihənin ümumi dəyərinin 42 mlrd. dollarını təmin edəcəklər. Qalan 1,2 mlrd. dollar isə dövlət tərəfindən maliyyələşdiriləcək.

KES-in tikintisi 5 600 iş yeri yaradacaq və sözügedən stansiya sayəsində ölkənin külək enerjisi istehsalının gücü indiki 1,67 qiqavattdan 16,5 qiqavatta yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR