Cənubi Qafqaz Boru Kəmərinin orta gündəlik ötürücülük gücü 16,5% artırılıb

Cənubi Qafqaz Boru Kəmərinin orta gündəlik ötürücülük gücü 16,5% artırılıb
  • Clock-gray 11:08
  • calendar-gray 04 Fevral 2021

Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əməliyyat xərcləri 47 mln. ABŞ dollarından artıq olub. 2019-cu illə müqayisədə bu göstərici 2,1% azalıb.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, hesabat dövründə CQBK və CQBKG üzrə əsaslı xərcləri təqribən 13 mln. dollar olub (2,6 dəfə azalma).

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Hesabata əsasən, ötən il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,8 mln. kubmetr olub, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,55% çoxdur.

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “SOCAR Midstream Operations” isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), "Niko" (10%).

Emil İsmayılov

Digər xəbərlər