Deputat Dövlət Neft Şirkətinin ƏDV-dən azad olunmamasını təklif edib

Deputat Dövlət Neft Şirkətinin ƏDV-dən azad olunmamasını təklif edib
# 28 dekabr 2020 15:24 (UTC +04:00)

“Dünyanın hər yerində neft şirkətləri ən çox gəlirlə işləyən şirkətlərdir. Necə olur ki, kiçik şirkətlərə ƏDV tətbiq olunur, amma Dövlət Neft Şirkəti bundan azaddır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, şirkətlər üçün bərabər imkanlar yaradılmasına çalışmaq lazımdır: “Bunu doğru saymıram”.

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili cavabında bildirib ki, iqtisadiyyatda rəqəmə görə güzəştlərin tətbiqi çox geniş yayılıb: “Burada əsas məqsəd daha çox iri formada investisiyanın cəlb edilməsinə şərait yaratmaqdır. Bunu tətbiq etməsək, onda ölkədə keyfiyyətli neft məhsullarının emalı şirkətlərindən söhbət gedə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR