Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmi artıb

Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmi artıb
# 18 yanvar 2021 14:11 (UTC +04:00)

Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində artım qeydə alınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci il aşırılan neft və neft məhsullarının həcmi 2019-cu ilə nisbətən 1,5 dəfə artaraq 498 577 ton təşkil edib.

Bakı Limanının Bərə terminalında vaqon aşırılmasında qismən azalma müşahidə olunub. 2019-cu ilə nisbətən 2020-ci ildə vaqon aşırılması 15% azalaraq 37 447 ədəd olub. Bunlardan, 19 761 vaqon Bakı-Türkmənbaşı-Bakı (53%), 17 686 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (47%) istiqamətində hərəkət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR