Dünya Bankı bu il neftin orta qiymətinin 44 dollar olacağını gözləyir

Dünya Bankı bu il neftin orta qiymətinin 44 dollar olacağını gözləyir
# 06 yanvar 2021 10:31 (UTC +04:00)

Dünya Bankının son proqnozuna əsasən, bu il neftin bir barelinin orta qiyməti 44 ABŞ dolları təşkil edəcək.

Bu barədə "APA-Economics" Dünya Bankının "Global Economic Prospects" hesabatına istinadən xəbər verir.

Bu, 2020-ci ilin orta göstərici ilə müqayisədə 8,1% çoxdur. Bank tərəfindən 2022-ci ildə isə neftin qiymətinin 13,6% artaraq 50 dollara çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə xam neftin orta qiyməti 33,7% azalmışdı və ilkin hesablamalara görə, 41 dollar təşkil edib. Bank neftin orta qiyməti kimi "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətini götürür.

Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR