Dünyada neft-qaz qazma qurğularının sayı 43% azalıb

Dünyada neft-qaz qazma qurğularının sayı 43% azalıb
  • Clock-gray 17:18
  • calendar-gray 08 Fevral 2021

Bu ilin yanvar ayında dünyada neft və qazın hasilatı üçün lazım olan qazma qurğularının sayı ötən ilin dekabr ayına nisbətən 79 vahid artaraq (7,2% artım) 1 183-ə çatıb.

Bu barədə "APA-Economics" neft sənayesi xidmətlərinin göstərilməsində ixtisaslaşmış "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, 2019-cu ilin yanvarında qazma qurğuların sayı 2 073 ədəd təşkil edirdi (890 vahid və ya 43%-lik azalma).

Emil İsmayılov

Digər xəbərlər