Dünyada neft-qaz qazma qurğularının sayı dekabrda artıb

Dünyada neft-qaz qazma qurğularının sayı dekabrda artıb
# 11 yanvar 2021 11:55 (UTC +04:00)

Ötən ilin dekabr ayında dünyada neft və qazın hasilatı üçün nəzərdə tutulan qazma qurğularının sayı noyabr ayına nisbətən 30 vahid artaraq 1 104-ə çatıb.

Bu barədə "APA-Economics" neft sənayesi xidmətlərinin göstərilməsində ixtisaslaşmış "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu rəqəm 2019-cu ilin dekabrında qeydə alınan müvafiq göstəricisinin 54%-i təşkil edir.

Ötən il isə dünyada neft və qazın hasilatı üçün nəzərdə tutulan qazma qurğularının sayı 1 352 vahid olub ki, bu da 1975-ci ildən bəri qeydə alınan ən minimal göstəricidir. 2019-cu ildə qazma qurğularının sayı 2 177 vahid təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR