Dünyada polad istehsalı azalıb

Dünyada polad istehsalı azalıb
# 22 dekabr 2020 16:52 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında dünyada polad istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 1,3% azalaraq 1,67 mlrd. ton təşkil edib.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Polad Assosiasiyasının (World Steel Association – WSA) açıqlamasında deyilir.

Hesabat dövründə Rusiya polad istehsalını 0,6% (65,182 mln. ton), Qazaxıstan – 8,9% (3,425 mln. ton), Ukrayna isə 3% (18,71 mln. ton) azaldıb.

Avropa İttifaqı ölkələrində polad istehsalı illik ifadədə 14,6% azalaraq 125,159 mln. ton təşkil edib. Belə ki, Almaniya polad istehsalını 11,6% (32,521 mln. ton), Fransa – 22,8% (10,441 mln. ton), İtaliya – 14,2% (18,702 mln. ton), İspaniya isə 21,7% (10,043 mln. ton) azaldıb.

Cari ilin 11 ayında Şimali Amerikada 91,581 mln. ton polad istehsal edilib ki, bu da illik ifadədə 16,7% azdır. Xüsusilə ABŞ-da bu göstərici 17,9% azalaraq 66,073 mln. tona düşüb. Cənubi Amerikada istehsal 10,6% azalaraq 34,437 mln. ton, o cümlədən Braziliyada 6,7% azalaraq 28,085 mln. ton təşkil edib.

Asiya ölkələri 11 ayda təxminən 1,24 mlrd. ton polad istehsal edib ki, bu, bir il əvvəlki dövrlə müqayisədə 2% çoxdur. Belə ki, Çinin polad istehsalı 5,5% (961,158 mln. ton) artıb, Hindistanda isə polad istehsalı 12,3% (89,393 mln. ton) azalıb.

Afrika ölkələrində polad istehsalı 11,241 mln. ton (-14,1%), Orta Şərq ölkələrində – 36,829 mln. ton (+1,4%), Okeaniyada (Avstraliya və Yeni Zelandiya) 5,544 mln. ton (-1,9%) təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə dünyada polad istehsalı əvvəlki illə müqayisədə 3,4% artaraq təxminən 1,87 mlrd. ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR