EIA: 2021-2022-ci illərdə neft bazarında tələb təklifi üstələyəcək

EIA: 2021-2022-ci illərdə neft bazarında tələb təklifi üstələyəcək
# 10 fevral 2021 10:37 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2021-2022-ci illərdə neft bazarında tələbin təklifi üstələyəcəyini gözləyir.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə neft bazarında gündəlik təklifin 97,29 mln. barel, tələbin isə 97,67 mın. barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Beləliklə, EIA bu il neft bazarında 380 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.

Bununla yanaşı, qurum 2022-ci ildə neft bazarında təklifin 100,77 mln. barel, tələbatın isə 101,17 mln. barel təşkil edəcəyini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR