EIA: 2022-ci ildə maye karbohidrogenlərinin qlobal istehlakı 100 mln. bareli ötəcək

EIA: 2022-ci ildə maye karbohidrogenlərinin qlobal istehlakı 100 mln. bareli ötəcək
# 13 yanvar 2021 11:55 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dünyada neftə və digər maye karbohidrogenlərin ortalama qlobal gündəlik istehlakı üzrə proqnozunu azaldıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ildə bu göstəricinin 92,21 mln. barel səviyyəsində olub. Əvvəlki proqnozda bu rəqəm 92,38 mln. barelə bərabər idi.

Buna baxmayaraq, bu göstərici üzrə agentlik 2021-ci il üçün də öz proqnozunu azaldıb. Belə ki, proqnoza görə, bu göstəricinin 97,77 mln. barel olacağı gözlənilir. Bu, əvvəlki proqnozdan 390 min barel azdır.

Bununla yanaşı qurum 2022-ci ildə istehlakın artımını gözləyir. EIA-ın proqnozuna əsasən, gələn il gündəlik qlobal istehlak 101,08 mln. barel təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR