EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişməyib

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişməyib
# 12 avqust 2020 10:27 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

"APA-Ecocomics"in EIA-ya istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olacaq. Gələn il isə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək.

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 780 min barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR