EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu korrektə edib

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu korrektə edib
# 08 iyul 2020 09:21 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

"APA-Ecocomics"in EIA-ya istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 20 min barel azdır.

Məlumata əsasən, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək (iyun ayı üçün verilən proqnoza görə, bu göstərici 750 min barel təşkil etməli idi).

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 790 min barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR