EIA Brent neftinin builki qiyməti üzrə proqnozunu yaxşılaşdırıb

EIA Brent neftinin builki qiyməti üzrə proqnozunu yaxşılaşdırıb
  • Clock-gray 09:55
  • calendar-gray 10 Sentyabr 2020

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Brent markalı neftin orta qiymətinin 2020-ci ildə bir barel üçün 41,9 dollar olacağını proqnozlaşdırır. Bu, əvvəlki proqnozdan 1,2 % çoxdur.

"APA-Ecocomics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 49,1 dollar səviyyəsində olacağı gözlənilir. Bu, ötən proqnozdan 0,3% azdır.

Agentlik WTI markalı neftin bu il orta qiymətini 39 dollar, 2021-ci ildə isə 45,1 dollar səviyyəsində proqnozlaşdırır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər