EIA Brent neftinin qiyməti üzrə proqnozu endirib

EIA Brent neftinin qiyməti üzrə proqnozu endirib
# 12 fevral 2020 11:42 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozuna görə, 2020-ci ildə Brent markalı neftin orta qiyməti 61 ABŞ dolları təşkil edəcək ki, bu da cari ilin yanvarında verilən proqnoz göstəricisindən 4 dollar azdır.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında Brent markalı neftə olan qiymət 58 dollar olacağı, ilin ikinci yarısında isə 64 dollara yüksələcəyi gözlənilir.

Hesabata əsasən, bu ilin 2 yanvar – 6 fevral tarixlərində Brent neftinə olan qiymət 11,32 dollar azalaraq 54,93 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR