EIA: Gələn il ABŞ-da neft hasilatı artacaq

EIA: Gələn il ABŞ-da neft hasilatı artacaq
# 13 yanvar 2021 14:30 (UTC +04:00)

Ötən il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,29 mln. barel təşkil edib.

Bu barədə "APA-Economics" ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatına istinadən xəbər verir.

EIA- ın ötən ay verdiyi proqnoza görə, bu göstərici 11,34 səviyyəsində gözlənilirdi.

Buna baxmayaraq, cari il üçün EIA ABŞ da neft istehsalı üzrə proqnozunu dəyişməyib. Belə ki, 2021-ci ildə ölkədə gündəlik neft hasilatı 11,1 mln. barel olacağı gözlənilir.

Bununla yanaşı, EIA gələn il ABŞ-da gündəlik neft hasilatının artacağını gözləyir və 11,49 mln. barel olacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR