EIA OPEC-in neft hasilatı üzrə proqnozunu korrektə edib

EIA OPEC-in neft hasilatı üzrə proqnozunu korrektə edib
# 10 fevral 2021 11:46 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-ci il üçün gündəlik xam neftin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 27,15 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,01 mln. barel azdır.

Proqnoza əsasən, gələn il bu göstəricinin 28,2 mln. barel olacağı ehtimal edilir (ötən proqnoza əsasən, 28,23 mln. barel).

EIA-in hesablamalarına görə, 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,59 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR