EIA: Qlobal neft tələbatı azalacaq - PROQNOZ

EIA: Qlobal neft tələbatı azalacaq - PROQNOZ
# 13 may 2020 10:43 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə gündəlik qlobal neft və maye yanacağa tələbatın orta hesabla 92,6 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da ötən illə müqayisədə 8,1 mln. barel azdır.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il gündəlik qlobal neft və maye yanacağa tələbat orta hesabla 7 mln. barel artaraq 99,6 mln. barel təşkil edəcək.

Hesabata əsasən, bu ilin I rübündə dünyada gündəlik neft və maye yanacaq istehlakı orta hesabla 94,1 mln. barel təşkil edib ki, bu da illik müqayisədə 5,8 mln. barel azdır.

Qlobal istehlakın azalması yeni növ koronavirusun (COVID-19) yayılması ilə bağlı dünyada iqtisadi aktivliyin və səyahətlərin azalmasının nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR