EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib

EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib
# 09 dekabr 2020 10:12 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə "Brent" markalı neftin bir barelinin orta qiymətinin 41,43 ABŞ dolları olacağını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan 2,02% çoxdur.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, əvvəlki proqnoza əsasən, bu il "Brent" markalı neftin orta qiymətinin 40,61 dollar olacağı gözlənilirdi.

Məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 48,53 dollar səviyyəsində olacağı gözlənilir. Bu, ötən proqnozdan 4,16% çoxdur.

Agentlik WTI markalı neftin bu il orta qiymətinin 38,96 dollar (1,88% artım), 2021-ci ildə isə 45,78 dollar (3,48% artım) səviyyəsində olacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR