EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib

EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib
# 10 fevral 2021 09:55 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu artırıb.

"APA-economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 52,7 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 0,5 dollar çoxdur.

Məlumata görə, 2022-ci ildə bu göstəricinin 55,19 dollar səviyyəsində olacağı gözlənilir (1,75 dollarlıq artım).

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata görə, WTI markalı neftin ötən il orta 2021-ci ildə isə 50,21 dollar (ötən proqnoza əsasən 49,7 dollar) səviyyəsində olacağını proqnozlaşdırır. 2022-ci ildə isə bu göstəricinin 51,56 dollara çatacağı gözlənilir (öncəki proqnoz 49,81 dollar səviyyəsində olub).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR