EIA qlobal neft tələbatının artımının yavaşlayacağını gözləyir - PROQNOZ

EIA qlobal neft tələbatının artımının yavaşlayacağını gözləyir - PROQNOZ
# 10 sentyabr 2020 10:19 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci il neftə olan qlobal tələbatın artım tempi üzrə proqnozunu gündəlik 210 min barel azaldaraq 8,32 mln. barelə endirib.

"APA-Ecocomics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ilin proqnozu da gündəlik 490 min barel azaldılaraq 6,5 mln. barelə endirilib.

Qeyd edək ki, EIA proqnozların azaldılmasını 2020-ci ildə Çində tələbatın artım templəri üzrə proqnozun gündəlik 1,5 mln. bareldən 1 mln. barelə endirilməsi ilə əsaslandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR