Ekspert: ABŞ-da neft ehtiyatlarının kəskin artıması qısamüddətlidir

Ekspert: ABŞ-da neft ehtiyatlarının kəskin artıması qısamüddətlidir
# 04 mart 2021 10:13 (UTC +04:00)

ABŞ-da neft ehtiyatlarının kəskin artmasına səbəb aşağı hava temperaturuna görə neft emalı zavodlarında istehsal fəallığının azalması olub.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" ekspertlərə istinadən xəbər verir.

Ekspertlərin sözlərinə görə, qarlı hava şəraiti və şaxtalar Texasda neft emalı zavodlarının əksəriyyəti neft məhsullarının istehsalını dayandırmışdı. Bunun nəticəsində tələbat olmadığından neft ehtiyatları artıb. Eyni zamanda, ekspertlər ABŞ-da neft ehtiyatlarının kəskin artımını qısamüddətli olduğunu sayır.

Qeyd edək ki, ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 21 563 min barel artaraq 484 605 min barel təşkil edib. Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR