Energetika Nazirliyi bu il ixrac nəzarətinə düşən mallar üzrə 60 icazə verib

Energetika Nazirliyi bu il ixrac nəzarətinə düşən mallar üzrə 60 icazə verib
  • Clock-gray 10:38
  • calendar-gray 03 Aprel 2020

Bu ilin I rübündə Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 60 icazə verilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, verilən icazələrdən 52-si ixrac nəzarətinə düşən malların idxalı, 6-sı ixrac nəzarətinə düşən malların ixracı, 2-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Bu dövrdə 58 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsiASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Emil İsmayılov

Digər xəbərlər