"Equinor" ABŞ-da daha çox aktiv satmaq niyyətindədir

"Equinor" ABŞ-da daha çox aktiv satmaq niyyətindədir
# 15 fevral 2021 17:50 (UTC +04:00)

Norveçin "Equinor" şirkəti yeni qlobal restrukturizasiya planı çərçivəsində ABŞ-da daha çox aktiv satmaq və bir sıra digər ölkələrdə layihələrdən çıxmaq niyyətindədir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, şirkət son 10 ildə 25 mlrd. ABŞ dolları dəyərində aktivini satdıqdan sonra mənfəətə qayıtmağa çalışır. Bu barədə danışan "Equinor"un beynəlxalq biznes bölməsinin yeni rəhbəri El Kuk (Al Cook) bildirib ki, şirkət ABŞ-da rəqabəti layiqincə qiymətləndirmədi və hazırda yeni satışa – şist nefti zonası olan "Bakken"in aktivlərini 900 mln. dollara satmağa razılaşıb. Bundan əlavə, hazırda əməliyyat zonaları sayılan "Utica" və "Austin Chalk"da satılmaq üçün nəzərdən keçirilir.

E. Kuk qeyd edib ki, şirkət ABŞ-da hasilatının səmərəli olmadığını gec dərk edib, o, bunun səbəbi kimi, ölkənin öz üzərinə, demək olar ki, OPEC-in alternativ üzvü rolunu götürdüyünü göstərib. Lakin beynəlxalq biznes bölməsinin rəhbəri Körfəz ölkələrində, Norveçdə, Meksikada, Braziliyada, Böyük Britaniyada, eləcə də Kanada və Azərbaycanda fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, COVID-19 pandemiyası və aşağı neft qiymətləri fonunda "Equinor" 2020-ci ili 5,5 mlrd. dollarlıq xalis zərərlə bitirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR