"Equinor": "Aypara" perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılmasından danışmaq çox tezdir

"Equinor": "Aypara" perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılmasından danışmaq çox tezdir
# 05 fevral 2021 11:11 (UTC +04:00)

Norveçin "Equinor" şirkəti 2020-ci ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Aypara" perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılması üzrə müddət hələ qeyri-müəyyəndir.

"Equinor"dan "APA-Economics"ə verilən məlumata görə, koronavirus pandemiyası şəraitində əməliyyatlarının aparılması və ümumiyyətlə sektorda yer alan çətinlikləri nəzərə alaraq, "Equinor" şirkəti "Aypara" perspektiv sahəsində qazma işlərini təxirə salmağa qərar verib. Halbuki qazma işləri ötən il həyata keçirilməli idi.

"Quyunun nə zaman qazılacağından danışmaq çox tezdir", - "Equinor"dan bildirilib.

Qeyd edək ki, dənizdə yerləşən "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində aparılan seysmik tədqiqat işləri (2- və 3-ölçülü) 2019-cu ildə aparılıb.

Xatırladaq ki, SOCAR və "Equinor" şirkətləri arasında 2018-ci ilin may ayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında sazişlər imzalanıb.

"Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara" sahəsi Bakıdan 90 km şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR