"Etilen-Polietilen" zavodunda icra olunan yeni layihənin nə vaxt başa çatacağı açıqlanıb

"Etilen-Polietilen" zavodunda icra olunan yeni layihənin nə vaxt başa çatacağı açıqlanıb
  • Clock-gray 12:14
  • calendar-gray 13 Fevral 2020

SOCAR-ın "Etilen-Polietilen" zavodu ərazisində yeni Buxar Turbogenerator qurğusunun tikintisi layihəsi bu ilin III rübündə başa çatacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Etilen-Polietilen" zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev deyib.

Onun sözlərinə görə, layihənin məqsədi zavodu elektrik enerjisi ilə təmin edən Buxar Generator Kompleksinin effektivliyini və istehsal gücünü artırmaqdır. Layihənin icrası üçün 2016-cı ildə SOCAR Almaniyanın "Uniper" şirkəti ilə saziş imzalayaraq, "SOCAR-Uniper" birgə müəssisəsini yaradıb. 

Hazırkı Buxar Generator Kompleksinin layihə gücünün 32 Mvt/s-dən (faktiki 13 Mvt/s) layihə gücünün 65 Mvt/s  gücünə çatdırılması nəzərdə tutulur. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yarımstansiya yenidən qurulur. Yeni Generator Kompleksi zavodunun enerji tələbatını tam təmin edəcək.

Layihə başa çatdırıldıqdan sonra "Azərikimya" İB-nin indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 30 Mvt/s-lıq enerji tələbatı artıq öz imkanları ilə tam təmin olunacaq istehsal edilən qalan 35 Mvt/s elektrik enerjisinin şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər istehlakçılarına ötürməyə imkan yaranacaq.

Emil İsmayılov

Digər xəbərlər