"ExxonMobil" enerji daşıyıcılarına tələbatın azalması səbəbindən ixtisarlar edəcək

"ExxonMobil" enerji daşıyıcılarına tələbatın azalması səbəbindən ixtisarlar edəcək
# 22 oktyabr 2020 10:07 (UTC +04:00)

ABŞ-ın "ExxonMobil Corporation" neft-qaz şirkəti yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda enerji daşıyıcılarına olan tələbatın azalması səbəbindən işçilərini ixtisar etməyi planlaşdırır.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, korporativ məktubda hazırda şirkətin çətin günlər yaşadığı, sərt tədbirlərin tətbiq etmək məcburiyyətində olduğu və bununla əlaqədar işçilərin ixtisar ediləcəyi qeyd olunub. Eyni zamanda, şirkətdən neçə işçinin ayrılacağı göstərilməyib.

Qeyd edək ki, sentyabrda "Financial Times" qəzeti "ExxonMobil"in gələn ilin sonunadək Avropada 1,6 min iş yerini ixtisar edəcəyini yazmışdı. Bu, şirkətin Avropa ölkələrində işləyən işçilərinin 1/10 hissəsidir. Pandemiya səbəbindən enerji daşıyıcıları bazarında qiymətlərin azalmasına görə bu ilin II rübündə "ExxonMobil" təxminən 1,1 mlrd. dollar zərər edib. Bu, şirkətin tarixində ən böyük zərərdir. Hesabat rübündə şirkət yeni aktivlərin əldə edilməsinə və mövcud olanların modernləşdirilməsinə 5,33 mlrd. dollar xərcləyib. 2019-cu ilin II rübündə bu xərclər təxminən 8,08 mlrd. dollar olub.

Xatırladaq ki, "ExxonMobil" may ayında Azərbaycandakı aktivlərinin ("Azəri-Çıraq-Günəşli" (AÇG yataqlar bloku və Bakı-Tbilisi Ceyhan (BTC) neft boru kəməri) satış prosesini bərpa edib. Bununla bağlı olaraq şirkət bazarda marağın öyrənilməsi prosesinə başlayıb. "ExxonMobil" Xəzərin Azərbaycan sektorunda yerləşən AÇG-də 6,79%-lik paya, "BTC Co."da isə 2,5%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR