"Fitch": Azərbaycanın təbii qaz ehtiyatları 120 ilə kifayət edəcək

"Fitch": Azərbaycanın təbii qaz ehtiyatları 120 ilə kifayət edəcək
# 16 fevral 2021 10:30 (UTC +04:00)

2020-ci ilin əvvəlində təbii qaz hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın təbii qaz ehtiyatları ölkəyə hələ 120 ilə yaxın bəs edəcək.

"APA-Economics" xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamaların nəticəsində məlum olub.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünya lider ölkələrdən biridir və yalnız Qətərdən geri qalır. "Fitch"ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib. Hasilatı nəzərə alaraq, Qazaxıstan da qaz ehtiyatlarına görə Azərbaycanla təxminən eyni səviyyədədir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 35,6 mlrd. kubmetr, 2020-ci ildə isə 36,7 mlrd. kubmetr qaz istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR