"Fitch" mayda "OPEC+" sazişinin 90%-dən çox tamamlanacağını gözləyir

"Fitch" mayda "OPEC+" sazişinin 90%-dən çox tamamlanacağını gözləyir
# 27 may 2020 14:32 (UTC +04:00)

May ayında "OPEC+" razılaşmasında iştirak edən ölkələr tərəfindən "OPEC+" sazişi çərçivəsində nəzərdə tutulan əməliyyatlar 90%-dən çox icra olunacaq, iyunda isə icra səviyyəsi hədəfdən daha çox ola bilər.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Təbii Sərvətlər və Əmtəə Qrupunun baş direktoru Dmitri Marinçenko "Rusiyada və dünyada neft və qaz sənayesi: sağ qalma rejimində" adlı vebinar çərçivəsində deyib.

"May ayının nəticələrinə görə, razılaşmanın həyata keçirilməsi yüksək səviyyədə olacağını gözləyirik. Təxminən 90% və ya daha yüksək olacağını düşünürəm", - deyə D. Marinçenko qeyd edib.

O hesab edir ki, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və Rusiya öhdəliklərini yüksək səviyyədə yerinə yetirəcək. Eyni zamanda, Səudiyyə Ərəbistanının iyun ayında istehsalın əlavə azalması ilə bağlı elanı razılaşmanın icrasını 100% və ya daha çox səviyyədə olacağı gözlənilir.

"Səudiyyə Ərəbistanı iyunun 1-dən etibarən gündəlik hasilatı 1 mln. barel azaldacağını deyib. Bu, razılaşmanın ümumi səviyyəsini yaxşılaşdırmalıdır, iyundan etibarən icra səviyyəsi 100%-i aşa bilər", - deyə ekspert vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR