"Fitch" neftin qiyməti üzrə proqnozunu yüksəldib

"Fitch" neftin qiyməti üzrə proqnozunu yüksəldib
  • Clock-gray 10:00
  • calendar-gray 18 Mart 2021

"Fitch Ratings" beynəlxalq agentliyi "Brent" və WTI markalı neftin qiymətləri üzrə proqnozlarını yüksəldib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, proqnozların yaxşılaşdırılması bazarda tələbatın gözləniləndən daha güclü  bərpasını və "OPEC+"ın yeni dəstəkləyici hasilat siyasətini əks etdirir.

2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu agentlik tərəfindən 45 ABŞ dollarından 58 dollara qədər yüksəldilib. Bu, neftə tələbatın gözləniləndən daha güclü olması, 2020-ci ilin ikinci yarısında baş verən iqtisadi bərpa, pandemiya ilə bağlı son məhdudiyyətlərin kifayət qədər kiçik təsiri və OPEC+"ın yeni dəstəkləyici hasilat siyasəti ilə əlaqədardır. Təsiredici amillərə həm də Səudiyyə Ərəbistanının könüllü şəkildə hasilatın azaltması da daxildir. 2022-ci il üçün isə proqnoz 50 dollardan 53 dollaradək artırılıb.

WTI markalı neftin qiyməti üzrə gözləntilərə gəldikdə, "Fitch" 2021-ci il üzrə proqnozunu 42 dollardan 55 dollaradək, 2022-ci il üzrə isə 47 dollardan 50 dollaradək yüksəldib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər