GECF: Dünyada təbii qaza tələbat 6% azala bilər - PROQNOZ

GECF: Dünyada təbii qaza tələbat 6% azala bilər - PROQNOZ
# 23 iyun 2020 11:48 (UTC +04:00)

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) proqnozuna əsasən, bədbin ssenariyə görə, bu il təbii qaza olan qlobal tələbat 6% azalacaq.

"APA-Economics"in GECF-ə istinadən verdiyi məlumata görə, nikbin ssenariyə əsasən, qlobal qaz tələbatı 2,8% azalacağı gözlənilir.

GECF-in proqnozlarına görə, tələbatın bərpası 2021-ci ildə deyil, 2022-ci ildə baş verəcək və 2019-cu ilin göstəricisinə yaxınlaşacaq.

Yeni növ koronavirus (COVID-19) pandemiyası öz təsirini uzunmüddətli perspektivdə də göstərəcək. Belə ki, 2050-ci il üçün qaza olan tələbat 2-3% (100-200 mlrd. kubmetr) azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR